BAKI, 10 fevral - Sputnik. Bu gün İran İslam Respublikasının Milli Bayramı inqilabın 41-ci ildönümü qeyd edilib. Sputnik Azərbaycan xəbər verir ki, bu müasibətlə İranın Bakıdakı səfirliyindəki tədbirdə çıxış edən səfir Cavad Cahagirzadə İraın tarixi,, ölkələr arasımünasibətlərdə söz açıb.
O, bildirib ki, azadlıq və istiqlaliyyət böyük İran xalqının inqilab yolu ilə əldə etdiyi çox qiymətli dəyərlərdir: “Bu gün biz fəxr edirik ki, milli qərarların qəbul edilməsində heç bir xarici qüvvədən asılı deyilik. Bizim qüdrətimiz öz daxilimizdən qaynaqlanıb və İran öz təhlükəsizliyini və sabitliyini qorumaq üçün yalnız böyük güclərin mənafeyini təmin edən heç bir hərbi və təhlükəsizlik blokuna qoşulmağa möhtac deyil. İnqilabın heyranedici nailiyyətləri nəinki siyasi sahələrdə, eləcə də iqtisadi, sənaye, kənd təsərrüfatı, mədəniyyət, incənət, elm və hərbi-müdafiə sahələrində də diqqət çəkir”.
Səfirin sözlərinə görə, İran İslam Respublikası bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyir, Azərbaycan Respublikasına gəldikdə isə mümkün olan ən yüksək əlaqələri arzu edir: "Birgə dini, mədəni və tarixi bağları nəzərə alaraq İran islam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu əbədidir. Prezident Həsən Ruhani və Prezident İlham Əliyev arasında olan çox isti münasibətlər iki ölkə arasında əməkdaşlığın möhkəm dayağıdır. İranla Azərbaycanın əlaqələrinin güclənməsini və inkişaf etdiyini sübut edən göstəricilər saysız-hesabsızdır. İran, Azərbaycan vətəndaşlarının ən çox səfər etdiyi ölkədir və bu fakt iki xalqın bir-birinə olan qardaşlıq sevgisinin təzahürüdür, həmçinin iki ölkənin rəsmi şəxslərinin çoxsaylı qarşılıqlı səfərləri və böyük həcmdə ticarət əlaqələri ölkələrimiz arasında olan yüksək münasibətin göstəriciləridir. Böyük sevinc hissi ilə diqqətinizə çatdırıram ki, yaxın günlərdə Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab İlham Əliyev İran İslam Respublikasının möhtərəm prezidenti cənab Doktor Həsən Ruhaninin dəvəti ilə Tehrana səfər edəcək".
Daha sonra çıxış edən Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev ölkə başçısı İlham Əliyev adından İran İslam Respublikasının 41-ci il dönümü ilə bağlı təbrik etdi: “41 il bundan əvvəl 1979-cu ildə İranda baş vermiş inqilab əticəsində İslam Respublikası elan olundu. Bu dövr ərzində İran İslam Respublikası uğurlu inkişaf yolu kçmişdir. İqtisadiyyatının bütün sahələri inkişaf etmiş, iri emal sənayesi yaradılmışdı”. Ş. Mustafayev əlavə etdi ki, bu gün İran İslam Respublikası ilə Azərbaycan arasında müxtəlif istiqamələr, sahələr üzrə əlaqələır mövcuddur Və burada hər iki ölkə başçısının siyasi iradəsi vurğulanmalıdır. Son illər ərzində dövlət başçılarının görüşlərinin əlaqələrin ən yüksək göstəricisi olduğunu deyən Ş. Mustafayev vurğuladı ki, İran İslam İslam Respublikası Azərbaycan torpaqlarıı qınayan ölkələrdəndir. Və Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsindı İranın nüamyiş etdirdiyi ədalətli mövqe ölkələr arasındakı dostluğun ruhuna tam uyğundur".