Pensiyalarda artım inflyasiyaya necə təsir edəcək – ekspert şərhi

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, hökumət pul kütləsinin tənzimlənməsi və inflyasiya hədəfi proqramları ilə bunun qarşısını almalıdır
Rəşad Həsənov: “Pensiyaların artırılması infliyasiya təzyiqləri yaradır”

“İşləyən əhalinin fərdi hesablarındakı pensiya kapitalı da Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata uyğun olaraq, istehlak qiymətləri indeksinin 2019-cu il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilməklə yanvarın 1-dən 2,6 faiz artırılacaq”. Bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar keçirilən mətbuat konfransında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, pensiyaların artırılması bazarda pul kütləsinin çoxalmasına gətirib çıxarır:

“Bu isə öz növbəsində inflyasiya təzyiqləri yaradır, qiymətlərin artımı üçün iqtisadi əsaslar formalaşır. Lakin hökumət pul kütləsinin tənzimlənməsi və inflyasiya hədəfi proqramları ilə bunun qarşısını almalıdır ki, pensiyalara edilmiş əlavələr inflyasiyanın yeminə çevrilməsin. Bundan başqa, bazarda qiymətlərində artım meylləri olan məhsulların gömrük rüsumunun azaldılması, əlavə dəyər vergisinin ləğv edilməsi kimi alətlərdən istifadə etməklə bazarda təklifi tənzimləmək olar”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0