Nazir Azərbaycanda nüvə təhlükəsizliyi sahəsində görülən işləri açıqlayıb

© Sputnik / Viktor Tolochko / Mediabanka keçidБелорусский сектор зоны отчуждения Чернобыльской АЭС
Белорусский сектор зоны отчуждения Чернобыльской АЭС - Sputnik Azərbaycan
Abunə olmaq
AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2015-ci ildə Azərbaycan Respublikası və AEBA 2015-2020-ci illər üçün Ölkə Proqramının Çərçivə sənədini imzalayıblar.

BAKI, 10 fevral — Sputnik. Beynəlxalq əməkdaşlıq həmişə nüvə təhlükəsizliyi sahəsində səylərimizin mərkəzində olub. İnanırıq ki, bu sahədə əldə olunan irəliləyiş sülhü və təhlükəsizliyi möhkəmləndirir və etimadı artırır. Bu sahədə fəaliyyətlərimiz həmişə məqsədyönlü olub və qarşılıqlı hörmət və əməkdaşlıq ruhunda aparılıb".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov "Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Konfrans: səylərin davam etdirilməsi və gücləndirilməsi" konfransında çıxışında deyib.

O bildirib ki, rəsmi Bakı nüvə təhlükəsizliyi qaydaları və standartlarının hazırlanmasında AEBA-nın əsas rolunu tanıyır və qiymətləndirir. XİN başçısı vurğulayıb ki, Azərbaycan agentlik ilə nüvə təhlükəsizliyinin müxtəlif aspektləri üzrə uğurlu əməkdaşlığı inkişaf etdirib: "Biz mövcud səmərəli əməkdaşlığı dərinləşdirməyə hazırıq. Azərbaycan AEBA-nın İnsidentlər və Qeyri-qanuni Dövriyyə üzrə Məlumat Bazasına töhfə verməklə qanunsuz dövriyyə ilə bağlı beynəlxalq məlumat mübadiləsində iştirak edir.

AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində 2015-ci ildə Azərbaycan Respublikası və AEBA 2015-2020-ci illər üçün Ölkə Proqramının Çərçivə sənədini imzaladılar və o, normativ hüquqi infrastrukturun təkmilləşdirilməsi, radiasiya təhlükəsizliyi potensialı, nüvə materiallarının təhlükəsizliyi, radioaktiv tullantıların idarə olunması, həmçinin sərhəd və gömrük buraxılış məntəqələrinin radiasiya monitorinqi və nəzarəti sahələrində milli layihələrin əsasını təşkil edir".

E.Məmmədyarov bildirib ki, Azərbaycan, həmçinin BMT-nin nüvə təhlükəsizliyinin gücləndirilməsi səylərini alqışlayır: "Bu baxımdan Təhlükəsizlik Şurasının 1540 saylı qətnaməsinin və sonrakı qətnamələrinin tam şəkildə yerinə yetirilməsinin təmin edilməsi nüvə, kimyəvi və bioloji silahların, eləcə də onların çatdırılma vasitələrinin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır.

Azərbaycan Nüvə Terrorizmi ilə Mübarizə üzrə Qlobal Təşəbbüsün (NTMQT) tərəfdaş ölkəsi olandan bəri ölkənin nümayəndələri və milli ekspertləri NTMQT tədbirlərində və tematik təlimlərdə fəal iştirak edirlər. Bu forumlar Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməsi çərçivəsində həyata keçirdiyi tədbirləri haqqında məlumat mübadiləsini aparmağa bir fürsət yaratdı. Bundan əlavə, tərəfdaş ölkələrimizlə qanunsuz dövriyyəyə qarşı mübarizə, yayılmama və normativ hüquqi bazanın gücləndirilməsi sahəsində ikitərəfli əməkdaşlığı davam etdiririk.

Nüvə təhlükəsizliyi nüvə texnologiyalarının idarə edilməsində və nüvə və ya digər radioaktiv materialların istifadəsi və ya daşınması mümkün olduğu hallarında fundamental əhəmiyyət kəsb edir. Bununla əlaqədar, Azərbaycanda bu cür materialların qorunması və nəzarətini gücləndirmək və nüvə təhlükəsizliyi hadisələrinə effektiv reaksiya vermək üçün lazımi işlər görülür. Müvafiq tənzimləmə orqanlarının yaradılması, qanunvericilik və qaydaların təkmilləşdirilməsi və inkişafı, nəzarətə pilləli yanaşmanın tətbiqi, habelə müxtəlif beynəlxalq layihələrdə iştirak və beynəlxalq əməkdaşlığın inkişafı mövcud infrastrukturun inkişafına əvəzsiz töhfə verir.

Radiasiya təhlükəsizliyinə nəzarət haqqında qanunvericilik üzərində işimizi davam etdiririk. Artıq Azərbaycan nüvə və radiasiya tullantılarının ölkəyə gətirilməsini qəti qadağan edən normativ akt və qaydaları qəbul edib. AEBA-nın köməyi ilə nüvə və radioaktiv materialların qeydiyyatı və nəzarəti ilə bağlı Azərbaycanın qanunları və digər qanunvericilik aktları beynəlxalq standartlara uyğunlaşdırılır.

Azərbaycan Nüvə Terrorizmi Aktlarına Qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiyaya və Nüvə Materialının Fiziki Mühafizəsi Konvensiyasına (NMFMK) qoşulub və bu Konvensiyaya Düzəlişi təsdiq edib".

Xəbər lenti
0