BAKI, 10 fevral — Sputnik. "101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov bildirib.
O vurğulayıb ki, bütün bu məsələlər araşdırılacaq:
"Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq".
Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:
"Ancaq neqativ hallar olmadan milyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq".