Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Koronavirusun bu yolla yayıla biləcəyini heç kim gözləmirdi

© REUTERS / ALY SONGСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Gündəlik statistika Hubey istisna olmaqla, Çin Xalq Respublikasının bölgələrində müsbət dinamikanı göstərir.

BAKI, 10 fevral — Sputnik. Mütəxəssislər Çində yayılan koronavirus "2019-nCov"un yeni yayılma yolunu aşkarlayıb. Onlardan biri də diarreya yoludur. Bu barədə Sputnik Azərbaycan "Science Alert" nəşrinə istinadən xəbər verir.

Yeni virus əsasən hava-damcı yolu ilə, yəni öskürəklə, həmçinin səthin çirklənməsi yolu ilə yayılır. Mütəxəssislər vurğulayıb ki, bu nəticə respirator simptomları əsasında əldə olunub, onlar qeyd edirlər ki, infeksiya mədə bağırsaq traktının pozulmasına da səbəb olur.

Qeyd edək ki, Çinin Hubey əyalətindən başqa bütün regionlarda ardıcıl olaraq altıncı gün koronavirusa yoluxma hallarının sayı azalır

Gündəlik statistika Hubey istisna olmaqla, Çinin bölgələrində müsbət dinamikanı göstərir. Belə ki, fevralın 3-nə olan məlumata görə, bütün ölkədə 3 235 yoluxma halı aşkar edilib. Onlardan 890-ı Hubey xaricində qeydə alınıb. Fevralın 4-də isə bu rəqəmlər müvafiq olaraq 3 887 və 731, fevralın 5-də 3 694 və 707, fevralın 6-da 3 143 və 696, fevralın 7-də 3 399 və 558, fevralın 8-də 2 656 və 509, fevralın 9-da 3 062 və 444 olub.

Çinli həkimlərin sözlərinə görə, müsbət dinamika xəstəliyin yayılmasının qarşısını almaq üçün hər yerdə həyata keçirilmiş ciddi profilaktika və nəzarət tədbirlərinin effektivliyini göstərir.

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin "2019-nCoV" koronavirusu olduğunu müəyyən ediblər.

Hazırda Çində 908 nəfər, o cümlədən iki əcnəbi bu xəstəlikdən vəfat edib. Təsdiqlənmiş yoluxma hallarının sayı 40,1 min nəfəri keçib.

Xəbər lenti
0