CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu mənzillərə “kupça” veriləcək

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidМужчина осматривает новую квартиру
Мужчина осматривает новую квартиру - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumilikdə 1111 mənzili əhatə edəcək qeydiyyat xidməti Binəqədi, Yasamal və Nərimanov rayonlarında göstəriləcək

BAKI, 10 fevral — Sputnik. "Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol" kampaniyası 10-14 fevral tarixlərində paytaxtın 3 rayonu üzrə istismarına icazə verilmiş binalarda təşkil ediləcək. Sputnik Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla xəbər verir ki, ümumilikdə 1111 mənzili əhatə edəcək qeydiyyat xidməti Binəqədi, Yasamal və Nərimanov rayonlarında göstəriləcək.

Mobil qeydiyyat ofisi Binəqədi rayonu üzrə fevralın 10-da Azadlıq prospekti, 204, 11 fevralda isə 9-cu mikrorayon, 3245-ci məhəllə, Cavadxan küçəsi, 4 A ünvanlarında mənzil sahiblərinin xidmətində olacaq. Kampaniya 12 fevralda Yasamal rayonu, D.Əliyeva küçəsi, ev 17 ünvanında, 13 fevralda Binəqədi rayonu, 8-ci mikrorayon İ.Dadaşov küçəsi, ev 71 c, 14 fevralda isə Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, 1950-ci məhəllə ünvanlarında davam edəcək. Mənzillər üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı tələb edilir.

Xəbər lenti
0