Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Üç mindən artıq şəxsdə talassemiya aşkarlandı

© Sputnik / Murad OrujovВлюбленная пара в парке в Баку
Влюбленная пара в парке в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bu ilin ilk ayında isə nikaha daxil olmaq üçün müayinələrdən keçənlərin sayı 9 min 149 olub ki, onların da 253-ü talassemiya daşıyıcısı olub.

BAKI, 10 fevral — Sputnik. Ötən il nikaha daxil olmaq istəyən şəxslər arasında müxtəlif xəstəlik daşıyıcıları olanların sayı açıqlanıb. B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu Talassemiyanın profilaktikası laboratoriyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il nikaha daxil olmağa hazırlaşan 135 min 551 nəfərin 3 min 658-də talassemiya daşıyıcısı, 381-də sifilis, 150-də QİÇS aşkarlanıb.

Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı isə 46 olub.

Bu ilin ilk ayında isə nikaha daxil olmaq üçün müayinələrdən keçənlərin sayı 9 min 149 olub ki, onların da 253-ü talassemiya daşıyıcısı olub. Bu şəxslərdən 41-i sifilis, 4-də isə QİÇS aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı isə 2 olub.

Xəbər lenti
0