CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Qar yağıb, səs verə bilmirik" - FOTO

© Sputnik / Leyla AbdullayevaDağ kəndlərində vəziyyət
Dağ kəndlərində vəziyyət - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi sakinlər işlə əlaqədar dünən Sumqayıt və Bakı rayonlarında olduqlarına baxmayaraq, seçkidə iştirak etmək istəsələr də, Xızı rayonu ərazisinə yolların qarlı və buzlu olma səbəbindən, heç bir avtomobil işləməyib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 9 fevral — Sputnik. Qarın yağması səbəbindən yolların bağlanması və güclü külək şimal zonasındakı dağ kəndlərində insanların seçkidə iştirak etmələrinə maneə törədib.

Belə ki, Qubanın Xınalıq kənd sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, kənddə seçki dairəsinə, demək olar ki, gedən yoxdur. Belə bir vəziyyət Xızının 37 saylı Tıxlı seçki məntəqəsində də müşahidə olunur. Xızı rayonundan verilən məlumata görə, bəzi sakinlər işlə əlaqədar dünən Sumqayıt və Bakı rayonlarında olduqlarına baxmayaraq, seçkidə iştirak etmək istəsələr də, Xızı rayonu ərazisinə yolların qarlı və buzlu olma səbəbindən, heç bir avtomobil işləməyib. Buna görə də bir çox Xızı sakini seçkidə iştirak edə bilməyib. Bu da onları kədərləndirib.

© Sputnik / Leyla AbdullayevaDağ kəndlərində vəziyyət
Qar yağıb, səs verə bilmirik - FOTO - Sputnik Azərbaycan
Dağ kəndlərində vəziyyət

Havanın qarlı və küləkli keçməsindən Şabranın da bəzi dağ kəndlərindəki insanların seçkidə iştirak etməsi mümkün olmayıb. Bura Dağbilici, Düzbilici, Əmirxanlı və Qazbabalı kimi kəndlər daxildir.

Xəbər lenti
0