CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq müşahidəçi: "Sevindiricidir ki, soyuq havaya baxmayaraq seçicilər səs verirlər"

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan
Abunə olmaq
"Seçkiyə gələn sadə vətəndaşlarla söhbət etdim. Burada insanlar öz vətəndaşlıq məsuliyyətlərini anlayırlar"

BAKI, 9 fevral — Sputnik. "İlk dəfədir Azərbaycanda beynəlxalq müşahidəçi kimi seçkiləri izləyirəm. Mən Buxara Yəhudiləri Konqresini təmsil edirəm. Biz Bakıda məntəqələrdə olub, seçkiyə hazırlıq prosesi ilə maraqlanmışıq. Qeyd edim ki, olduğumuz məntəqələr seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün tam hazır vəziyyətdə idi. Bu gün isə Qubaya gəldik ki, tək paytaxtda yox, həm də bölgələrdə seçkinin təşkili ilə yerində tanış olaq".

Sputnik Azərbaycan secki-2020.az saytına istinadən xəbər verir ki, bu sözləri Qubada seçki prosesini izləyən beynəlxalq müşahidəçi, Buxara Yəhudiləri Konqresinin ABŞ-Kanada üzrə koordinatoru Rafael Nektal söyləyib.

O, Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşdığını qeyd edib: "Mənim çox xoşuma gəldi ki, belə soyuq hava şəraitinə baxmayaraq seçicilər məntəqələrə gəlib səs verirlər. Seçkiyə gələn sadə vətəndaşlarla söhbət etdim. Burada insanlar öz vətəndaşlıq məsuliyyətlərini anlayırlar. Bilirlər ki, ölkənin gələcəyi onların səsverməsindən asılıdır. Söhbət etdiyim vətəndaşlar Prezident İlham Əliyevə və onun yürütdüyü siyasətə çox inamla yanaşırlar. Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb".

 

Xəbər lenti
0