İlham Əhmədov, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Ötən gecədən başlayaraq Azərbaycanda intensiv qar yağışı, güclü külək müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, düşən qarın miqdarı: Qəbələdə 29. mm (aylıq normanın 52 %-i), Lənkəran, Sarıbaşda 25 mm (aylıq normanın 47 %-i), Xınalıqda 23 mm, Kişçay (Şəki) (aylıq normanın 50 %-i), Göyçay (aylıq normanın 63 %-i), Astarada 22 mm, Gədəbəydə 21mm, Qrızda 21.0 mm (aylıq normanın 84 %-i), Oğuzda 19 mm (aylıq normanın 38 %-i), Xaltanda 17.0 mm (aylıq normanın 68 %-i), Daşkəsəndə 15 mm, Şəkidə 15 mm, Beyləqan, Qubada 14 mm (aylıq normanın 46 %-i), Zaqatalada 13 mm, Kürdəmir, Qusarda 12 mm, Daşkəsəndə 11mm, Nabran,Yardımlıda 10 mm, Altıağac, Lerik, Göygöldə 9 mm, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8 mm, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7 mm, Bərdədə 6 mm, Şahbuzda 5 mm, Şabranda 4 mm, Biləsuvar, Mərəzədə 3 mm, İsmayıllı, Xaçmazda 2 mm, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1 mm olub.Müəyyən ərazilərdə qar yağışı hətta vətəndaşlara bu gün keçirilən növbədənkənar parlament seçkilərində iştirak etməyə də əngəl yaradıb. Bəzi dağ kəndlərinin yolları bağlanıb, vəhşi heyvanlar kəndlərə dolub.Əmələ gələn qar örtüyünün hündürlüyü isə Ağdərə, Xınalıqda 43 sm, Sarıbaşda 42 sm, Şahdağ, Qrızda 40 sm, Altıağacda 36 sm, Xaltanda 35 sm, Kişçayda 30 sm, Qəbələdə 29 sm, Göygöldə 28 sm, Daşkəsəndə 27 sm, Oğuzda 23 sm, Qusarda 20 sm, Şəkidə 18 sm, Göyçayda 17 sm, Zaqatalada 16 sm, Beyləqan, Gədəbəy HMS, Göygöl Hacıkənd HMS-da 15 sm, Göygöldə 14 sm, Gədəbəy, Kirən (Tovuz), Qubada 11 sm, Şahbuz, Göygöl (Hacıkənd), Lerik, Balakən, Bərdə, Ordubad, Mərəzə, Xaçmaz, Nabran, Şabran, Tərtər, Şərur, Naxçıvan, Naftalan, Gəncə, Ağdamda 1-10 sm olub.
Ancaq yaratdığı problemlərə rəğmən, qar Azərbaycanda həmişə sevilir. Çünki təbiətimiz gözəl olduğundan bu nemət hər zaman əsrarəngiz mənzərələr yaradır. Sputnik Azərbaycan bəyaz örtüyə bürünən Qəbələnin şəkillərini təqdim edir.