Qazaxda sağlamlıq imkanları məhdud seçicilərin seçkidə iştirakı təmin edilib - FOTO
Qazaxda sağlamlıq imkanları məhdud seçicilərin seçkidə iştirakı təmin edilib - FOTO
Sputnik Azərbaycan
107 saylı Qazax DSK-nın 7 saylı seçki məntəqəsində ümumilikdə 1376 nəfər seçici var və səsvermə prosesini məntəqədə 19 nəfər müşahidəçi izləyir 09.02.2020, Sputnik Azərbaycan
107 saylı Qazax DSK-nın 7 saylı seçki məntəqəsində ümumilikdə 1376 nəfər seçici var və səsvermə prosesini məntəqədə 19 nəfər müşahidəçi izləyir
İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 9 fevral — Sputnik. Parlament seçkilərində sağlamlıq imkanları məhdud olan seçicilərin səsvermədə iştirakını təmin etmək üçün daşınan seçki qutularının ünvanlara aparılması həyata keçirilib. Əvvəlcədən edilən müraciətlər əsasında 107 saylı Qazax dairə seçki komissiyasının bir neçə məntəqəsində onların hamısının yaşadıqları ünvanlarda səs vermələri təmin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, 7 saylı seçki məntəqəsində qeydiyyatda olan 3 nəfər seçici məntəqəyə gələ bilməməsi və yaşadıqları evdə səs verməklərinin təmin edilməsi üçün müracətləri əsasında akt tərtib edilərək daşınan qutu evlərə götürülüb. İlk olaraq 80 yaşlı Minayə Hacıyevanın səs verməsi üçün qanun və qaydalar başa salnıb və səs verməsi həyata keçirilib.
Daha sonra daşınan seçki qutusu digər müraciət edən seçicilərin yaşadıqları ünvana aparıldı. Bu dəfə evli olan Azadə və Məhərrəm Məhərrəmovların seçki hüququndan istifadə etməsi təmin edilib.
Qeyd edək ki, 107 saylı Qazax DSK-nın 7 saylı seçki məntəqəsində ümumilikdə 1376 nəfər seçici var və səsvermə prosesini məntəqədə 19 nəfər müşahidəçi izləyir. Dairə üzrə isə bu gün seçkilərdə 1 deputat mandatı uğrunda 8 nəfər namizəd mubariz aparır.