Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 9 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bir neçə ölmüş şəxsin yerinə səs verilməsi ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlərə münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, MSK sədri həmin şəxslərin adlarının quruma təqdim edilməsini istəyib: "Bu adları bizə verin ki, haqlarında ölçü götürək. Biz bilək ki, kim kimin əvəzinə səs verib. Belə pozuntu olubsa, əlbəttə, ölçü götürülməlidir. Məndə olan məlumata görə, dünyasını dəyişmiş şəxsə bildiriş göndərilmişdi. Biz onu araşdırdıq. Bu, ümumiyyətlə qeyri-adi vəziyyət idi, ancaq bu sizə aid olan məsələ deyil".