CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ən aktiv seçki dairəsi - Naxçıvanlılar yenə də liderdirlər

© Sputnik / Murad OrujovГолосование на 26 избирательном участке 17 избирательного округа Ясамальского района
Голосование на 26 избирательном участке 17 избирательного округа Ясамальского района - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 fevral - Sputnik. Milli Məclisə seçkilərdə saat 15:00-a olan aktiv və passiv seçki dairələri açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairəsi 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. Bu dairədə 61.4 faiz (46 min 225 seçicidən 23 736 nəfər) seçici fəallığı qeydə alınıb.

Hələlik ən passiv dairə 28 saylı Sabunçu üçüncü seçki dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 18,6 % (53 min 4 seçicidən 10 min 299 nəfər) təşkil edib.

Xəbər lenti
0