BAKI, 9 fevral - Sputnik. 2020-ci il fevral ayının 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilmiş, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunmuşdur.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmamışdır.
Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa etmiş, qanunauyğun tədbirlər görmüşdür.