Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 9 fevral - Sputnik. Bu seçki qızğın mübarizənin getdiyi seçki kimi Azərbaycan tarixində qalacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, indiyə qədərki seçki prosesi qənaətbəxşdir: "Hava şəraitinə baxmayaraq, səsvermə fəallıq şəraitində davam edir".
Onun sözlərinə görə, indiyə qədər MSK-ya şikayət xarakterli məlumat daxil olmayıb: "Mərkəzi Seçki Komissiyasının "qaynar xətt"inə indiyə qədər 50-dən artıq müraciət daxil olub. Bütün müraciətlər sorğu xarakterli olub".