BAKI, 9 fevral — Sputnik. Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda deyilir.
Məlumata görə, paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur.
BNA bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir: "Sürücülərdən xahiş edirik ki, meteoroloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər".
Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.