BAKI, 9 fevral — Sputnik. "Azərbaycanda parlament seçkilərində səsvermə prosesi sakit keçir, hamı peşəkar şəkildə işləyir".
Sputnik Azərbaycan secki-2020.az saytına istinadən xəbər verir ki, bunu seçkiləri müşahidə edən israilli jurnalist Mixail Finkel deyib.
Onun sözlərinə görə, soyuq hava və erkən saata baxmayaraq vətəndaşlar seçki məntəqələrinə gəlirlər:
"İlk növbədə fəallığı yaşlı vətəndaşlar nümayiş etdirir, digər vətəndaşlar da sonra gəlməyə başlayırlar. Fikrimcə, günorta saatlarında fəallıq daha da artacaq".
O, seçki prosesinin yaxşı davam etdiyini bildirib və hər kəsin peşəkarlıqla və məsuliyyətlə işlədiyini deyib.
M.Finkel Azərbaycanla İsraildəki seçki prosesini müqayisə edib: "İsraildə və Azərbaycanda seçkilər oxşar məqamlara malikdir. Azərbaycanda seçkilərin keçirilməsi üçün ən xırda detallarına kimi zəruri şərait yaradılıb".