Əhməd Əlili: “Parlamentlərarası işin yenidən qurulması vacibdir”
“AŞPA Avropa İttifaqı strukturu deyil və Azərbaycanın bu təşkilatda Rusiyanı müafiə etməsi bir sıra təşkilat üzvlərini qane etmir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq Əhməd Əlili deyib.
Politoloq bildirib ki, bəzi ölkələr Rusiyaya qarşı tutduqları mövqenin Azərbaycanın mövqeyində də əks olunmasını istəyir:
“Buna görə də Azərbaycan əleyhinə qüvvələr fəaliyyət göstərir. Avropa və Azərbaycan parlamentləri arasındakı münasibətlərdə ciddi problemlərin olduğu görülür. Bu da parlamentlərarası işin yenidən qurulmasını vacib edir. Düşünürəm ki, bir müddət sonra Azərbaycan AŞPA ilə dil tapacaq”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz