Tailandda 25 nəfəri qətlə yetirən əsgər məhv edildi

© AFP 2024 / YE AUNG THUTailanda təcili tibbi yardım avtomobili
Tailanda təcili tibbi yardım avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Şənbə günü hərbi hissədən qaçan əsgər "Terminal 21" ticarət mərkəzini ələ geçirərək insanları girov götürüb. O, 25 nəfəri öldürüb, 63 nəfəri yaralayıb

BAKI, 9 fevral - Sputnik. Nahon Ratçasima şəhərində öz komandirini, dinc əhalini qətlə yetirərək ticarət mərkəzində insanları girov saxlayan Tailand ordusunun serjantı təhlükəsizlik qüvvələri tərəfindən hücum zamanı öldürülüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Thai Rat TV" məlumat yayıb. 

"Cinayətkar xüsusi təyinatlılar tərəfindən məhv edilib. Bu barədə bizə xüsusi təyinatlı dəstənin komandiri məlumat verib", - telekanalın müxbiri hadisə yerindən bildirib.

Milli Polis Baş İdarəsinin rəhbəri general Çakthip Çayçinda məlumatı təsdiqləyib və əməliyyatın başa çatdığını bildirib. Detalları açıqlamayıb.

Şənbə günü hərbi hissədən qaçan əsgər "Terminal 21" ticarət mərkəzini ələ geçirərək insanları girov götürüb. O, 25 nəfəri öldürüb, 63 nəfəri yaralayıb.

Xəbər lenti
0