Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 9 fevral - Sputnik. Bu gün keçirilən Milli Məclisə seçkilərdə saat 12:00-a qədər 1 milyon 457 min 776 nəfər seçici iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzш Seçki Komissiyası (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
MSK rəsmisi bildirib ki, səsverməyə start verilən andan - saat 08:00-dan indiyədək ölkə üzrə 5 milyon 329 min 460 nəfər seçicidən 1 457 776 ( 27.35 %) səsvermədə iştirak edib.