Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 9 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirib.
Sputnik Azərbaycan xəbər verir ki, MSK sədri bildirib ki, sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.
MSK sədri qeyd edib ki, bu dəfə paylaşılan məlumatlarla bağlı əvvəlkindən də kəskin və ciddi ölçü götürüləcək: "Maarifləndirmə, təlimatlandırma baxımından bu qədər əziyyət çəkilib, kaş ki bunlar olmazdı. Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, qanunvericiliyə uyğun tədbir görüləcək. Bu prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi, görünür ki, qeyri-ciddi insanlardır, dəyişdirilməlidir, bu prosesdə onlar iştirak etməməlidirlər. Onlar haqqında ciddi ölçü götürüləcək".