Yarasalar şəhəri işğal etdilər: ağaclar ağırlıqdan əyilir - VİDEO

CC0 / Salmar / batYarasa
Yarasa - Sputnik Azərbaycan
Abunə olmaq
"Mənə elə gəlir ki, bütün Avstraliya yarasaları hazırda İngemdədir. Problem ondadır ki, onların sayı artmaqda davam edir"

BAKI, 8 fevral — Sputnik. Avstraliyanın İngem şəhəri meyvə yarasalarının hücumuna məruz qalıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hazırda şəhərdə yüz minlərlə yarasa toplaşıb.

Bu isə şəhərin 4300 nəfərlik əhalisinin sayından dəfələrlə çoxdur.

"Mənə elə gəlir ki, bütün Avstraliya yarasaları hazırda İngemdədir. Problem ondadır ki, onların sayı artmaqda davam edir. Və bir azdan onlar şəhərə sığmayacaqlar", - deyə şəhərin meri Reymon Ceyo deyib.

Xəbər lenti
0