Türkiyənin zəlzələ baş verən ərazisi yenidən silkələndi

© AP Photo / Elaine ThompsonВыставка цифровых сейсмографов
Выставка цифровых сейсмографов - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ ocağının dərinliyi 7,4 km olub. 23:26-da isə növbəti təkan hiss olunub, bu təkan 3 bal gücündə qeydə alınıb.

BAKI, 8 fevral — Sputnik. Türkiyədə sutka ərzində bir neçə dəfə zəlzələ olub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən gün Türkiyənin Elazığ vilayətində iki dəfə zəlzələ baş verib. Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ötən gün axşam saatlarında ilk zəlzələ yerli vaxtla saat 22:57-də 3,8 bal gücündə baş verib. 

Zəlzələ ocağının dərinliyi 7,4 km olub. 23:16-da isə növbəti təkan hiss olunub, bu təkan 3 bal gücündə qeydə alınıb.

Bu gün saat 08:39-da isə Manisanın Akhisar rayonunda da yer silkələnib. AFAD-ın verdiyi məlumata görə, zəlzələnin maqnitudası 4, dərinliyi 7 km olub. 

Qeyd edək ki, dağıntı və ya tələfat barədə hələlik heç bir məlumat yoxdur.

Xəbər lenti
0