BAKI, 8 fevral — Sputnik. Tailandın xüsusi təyinatlıları "Terminal 21" ticarət mərkəzinin əsas binasının bütün dörd mərtəbəsini araşdırsalar da 20 nəfərin ölümünə səbəb olan əsgəri, eləcə də onun girovlarını aşkar etməyiblər.
Siege of Terminal 21 shopping mall in Korat City appears to be nearly over as deputy police commissioner Suchart Thirasawat, deputy PM Anutin Charnvirakul, and other senior officials are seen entering the mall. #กราดยิงโคราช https://t.co/1qWp0y3VQy pic.twitter.com/EphnYj80BW
— Khaosod English (@KhaosodEnglish) February 8, 2020
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə "Khaosot" qəzeti yazıb.
Ticarət mərkəzinin nəhəng binası bir neçə hissədən ibarətdir, buraya həmçinin bir neçə mərtəbəli avtomobil dayanacağı da daxildir.
"Hanuman" police commandos move into Terminal 21 shopping mall in Korat city. The team is now inside the mall and searching for the gunman who killed at least 17 people in a shooting rampage. #กราดยิงโคราช https://t.co/1qWp0y3VQy pic.twitter.com/YzgFTC0t0r
— Khaosod English (@KhaosodEnglish) February 8, 2020
Şənbə günü komandirini və əsgər yoldaşlarını qətlə yetirərək hərbi hissədən qumbaraatan, güllə və avtomat oğurlayaraq qaçan əsgər şəhərdə insanları güllələyib. Sonra "Terminal 21" ticarət mərkəzinə gələrək əvvəlcə oraya qumbaraatanla atəş açıb, sonra 16 nəfəri girov götürüb.
Hadisə zamanı 20 nəfər ölüb, 31 nəfərin yaralandığı bildirilir.