İdlibə görə Rusiya-Türkiyə danışıqlarının bəzi detalları bəlli oldu

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidПровинция Идлиб на севере Сирии, фото из архива
Провинция Идлиб на севере Сирии, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara bir daha bildirib ki, Suriya ordusunun deeskalasiya zonasındakı Türkiyə müşahidə məntəqələrinə istənilən hücumuna cavab verməkdə qərarlıdır

BAKI, 8 fevral — Sputnik. Rusiyadan gələn nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyində Suriyanın İdlib vilayətindəki vəziyyət barədə danışıqlar aparıb.

Турецкий военные на границе с Сирией в провинции Идлиб  - Sputnik Azərbaycan
Suriyadan acı xəbər: Türkiyə hərbçiləri arasında ölən və yaralananlar var

Sputnik Azərbaycan bildirir ki, TRT telekanalının yaydığı məlumata görə, Türkiyə tərəfi özünün bu bölgədəki müşahidə məntəqələrinin saxlanılmasında israr edib.

Bundan öncə Prezident Rəcəb Tayyip Ərdoğan bildirmişdi ki, rusiyalı həmkarı Vladimir Putini Suriya Prezidenti Bəşər Əsədə təsir göstərmətyə çağırıb. Ərdoğanın tələbi bu idi ki, Suriya ordusu İdlibdəki hücumlarını dayandırsın və fevralda Türkiyə müşahidə məntəqələrindən geri çəkilsin, əks halda Ərdoğan hərbi cavabla hədələmişdi.

Telekanal bildirir ki, Türkiyə və Rusiya XİN başçılarının müavinləri Sedat Onal və Sergey Verşininin başçılıq etdikləri heyətlərin danışıqları 3 saat davam edib. Türkiyə tərəfi Soçi razılaşması çərçivəsində İdlib deeskalasiya zonasında sərhədlərin qorunması və fevralın sonunadək Suriya ordusunun bu zonadan çıxarılmasında israr edib.

Ankara bir daha bildirib ki, Suriya ordusunun deeskalasiya zonasındakı Türkiyə müşahidə məntəqələrinə istənilən hücumuna cavab verməkdə qərarlıdır.

Xəbər lenti
0