BAKI, 8 fevral — Sputnik. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycanın “Dostluq” ordeni ilə təltif olunması ilə bağlı paylaşım edib.
Sputnik Azərbaycan bildirir ki, Çavuşoğlu yazıb: "Hörmətli Prezident İlham Əliyevin əlindən "Dostluq" ordenini almaqdan şərəf və qürur duydum".
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) February 8, 2020
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Bakıda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edib. Dövlət başçısı ona Azərbaycanın “Dostluq” ordenini təqdim edib.