CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb

© AP Photo / Bob EdmeОхотничьи ружья, фото из архива
Охотничьи ружья, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib

BAKI, 8 fevral — Sputnik. Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub. Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus patron və daraq, eləcə də 1 ədəd "TOZ" markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Xəbər lenti
0