CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirus iPhone-a da təsir etdi

© Sputnik / Valeriy Melnikov / Mediabanka keçidiPhone 11
iPhone 11 - Sputnik Azərbaycan
Abunə olmaq
Hər kəsin sağlamlığını qorumaq və hökumətdən təhlükəsizlik üçün aldığı tədbirləri yerinə yetirmək üçün şirkət əməkdaşlarına Şenjenə qayıtmamaları barədə təlimat verib

BAKI, 8 fevral — Sputnik. Koronavirus iPhon-a da öz zərərini verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, iPhone istehsalçısı Foxconn da virus əleyinə tədbirlər görən şirkətlər arasına daxil olub. Apple-nin ən böyük iPhone istehsalçısı olan Foxconn Şenjendəki işçilərinə işə gəlməmələrini bildirib. Şirkətin Şenjendəki işçiləri fevralın 10-a qədər xəbərdarlıq edilməyənə qədər işə çıxmayacaqlar.

Foxconn yaydığı açıqlamada bildirib ki, hər kəsin sağlamlığını qorumaq və hökumətdən təhlükəsizlik üçün aldığı tədbirləri yerinə yetirmək üçün şirkət əməkdaşlarına Şenjenə qayıtmamaları barədə təlimat verib.

Amma buna baxmayaraq, fevralın 10-dan etibarən Foxconn Şenjendəki istehsala geri dönməyi düşünür. iPhone-un istehsal prosesini dayandırması daha böyük riskin qarşısını almaq məqsədi daşıyır.

Eyni zamanda qeyd edək ki, texnologiya istehsalçısı olan şirkət üz maskaları istehsalına başlayıb.

Xəbər lenti
0