Kanada Xamneyidən 1 milyard dollar tələb edir: təyyarə faciəsinə görə

© Photo : Office of the Iranian Supreme Leader via APXamneyi
Xamneyi - Sputnik Azərbaycan
Abunə olmaq
İddia yanvarın 24-də Toronto şəhərinin məhkəmələrindən birində qeydə alınıb. Hüquqşünaslar sərnişin təyyarəsinin atəşə tutulmasını "qəsdən törədilmiş terror aktı" kimi qiymətləndirirlər

BAKI, 8 fevral — Sputnik. Kanadalı hüquqşünaslar Tehran səmasında "Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin vurulmasına görə İranın ali rəhbərliyinə qarşı kütləvi iddia qaldırıblar.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi iddia ərizəsinə istinadən yayıb. 

Aralarında İranın ali dini lideri Ayətulla Əli Xamneyinin, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun yer aldığı cavabdehlərdən faciə nəticəsində həlak olmuş 57 Kanada vətəndaşının qohumlarına təzminat kimi təxminən 1,5 milyard Kanada dolları (1.1 milyard ABŞ dolları) ödəmələri tələb olunur.

İddia yanvarın 24-də Toronto şəhərinin məhkəmələrindən birində qeydə alınıb və hüquqşünaslar sərnişin təyyarəsinin atəşə tutulmasını "qəsdən törədilmiş terror aktı" kimi qiymətləndirirlər.

İran tərəfinin sözügedən iddianı alıb-almadığı hələ ki, bilinmir. Medianın məlumatına görə, iddianın təşəbbüskarı faciə qurbanlarından birinin yaxın qohumu ola bilər. İranda yaşayan ailəsinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar üzündən həmin şəxsin adı açıqlanmır.

Xəbər lenti
0