BAKI, 8 fevral — Sputnik. Tailandın quru qoşunlarına məxsus hərbi hissələrdən birindən qaçan əsgər Nakhon Ratçasima şəhərində küçədəki insanlara atəş açıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədəd yerli "Thai Rat" qəzeti xəbər verib.
12 nəfərin öldüyü, xeyli insanın yaralandığı bildirilir.
เหตุทหารคลั่งกราดยิงคนที่โคราช ล่าสุด 19.25 น. คนร้ายหนีขึ้นชั้น 4 ของห้างเทอร์มินอล 21 รัศมีการยิงถึงบิ๊กซีที่อยู่ตรงข้ามกัน ประชาชนแตกตื่นวิ่งหนีตายจ้าละหวั่น#กราดยิงโคราช#savekorat#กราดยิงทั่วเมืองโคราช pic.twitter.com/Fc1stuVMpN
— Thairath_News (@Thairath_News) February 8, 2020
Qəzet yazır ki, əsgər hərbi hissədən "HamVee" avtomobilini qaçırıb, bütün şəhərin küçələri ilə keçərək yoldakı insanları avtomatla biçib. Ticarət mərkəzlərindən birinin yanında maşını saxlayıb, insanlara yenə atəş açandan sonra gizlənib.
นาทีเสียงปืนดังสนั่น ทหารคลั่งก่อเหตุ #กราดยิงโคราช
— Thairath_News (@Thairath_News) February 8, 2020
ขอบคุณภาพ : @K_20_01 pic.twitter.com/B8Iw1Top8I
Güman edilir ki, o, 16 nəfəri girov götürərək onları ticarət mərkəzinin dördüncü mərtəbəsində saxlayır.
Nakhon Ratçasima (Korat) Tailandın üçüncü böyük şəhəridir. Orada sənaye müəssisələri yerləşir. Şəhərin özündə turizm obyektləri olmasa da, yaxınlıqda Khao Yay dovlət qoruğu var. Buranın ziyarətçiləri çox olur.
Digər bir məlumata görə, şəhəri qana qərq edən əsgər eyni zamanda Facebook profilində canlı yayım açıb. Yerli KİV yazır ki, hazırda onun profili deaktiv edilib.
General-leytenant Tanya Kriatisarnın verdiyi məlumata görə, əsgərin adı Cakrapant Tommadır. Onun Anantarot Krase adlı polkovniki, bir əsgəri, 63 yaşlı qadını öldürdüyü deyilir. Digər detallar açıqlanmır.