SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha bunlar "qaça" bilməyəcəklər, Məzahir Pənahov təsdiqlədi

© REPORTMəzahir Pənahov
Məzahir Pənahov - Sputnik Azərbaycan
Abunə olmaq
Fevralın 9-da səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq. 5 milyon 329 min 460 seçici səs verəcək

BAKI, 8 fevral — Sputnik. “Sabah keçiriləcək parlament seçkilərində iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”.

Sputnik Azərbaycan bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyi ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.

M. Pənahov bildirib ki, parlament seçkiləri 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək. O qeyd edib ki, sabah - fevralın 9-da səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq.

MSK sədri həmçinin bildirib ki, sabah 5 milyon 329 min 460 seçici səs verəcək.

Xəbər lenti
0