BAKI, 8 fevral — Sputnik. Rusiyada buzun altında üzən inanılmaz mollyuskun rəngarəng videosu sosial şəbəkələrdə yayılıb.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dünyanın hər tərəfindən sosial şəbəkə istifadəçiləri Ağ Dənizdə buzun altında çəkilən balaca mollyuska heyran olduqlarını dilə gətiriblər.
Bu canlı varlıq dəniz mələyi adlanır və Şimal dənizi sularında yaşayır. Onun uzunluzğu 2-4 santimetr olur. Ancaq ən maraqlısı budur ki, dəniz mələkləri dəniz şeytanları adlanan qabıqlı mollyusklarla qidalanırlar.
Bu heyvanların böyük, fərqli neyronları olduğu üçün daim neyrofizioloqlar tərəfindən öyrənilir. Bu da onların qarşılıqlı əlaqələrinin mexanizmlərini öyrənməyə imkan yaradır.
Dəniz mələyinin görüntüləri heyranlıqla qarşılanıb.