CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vulkanların içində yatan sərvət - əlini uzat, götür

© Sputnik / Irade JELILVulkan
Vulkan - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim institut tərəfindən vulkan palçığının təsiri öyrənilib. Həqiqətən də Lökbatanda olan vulkan, Daşgil vulkanlarının məhsullarından istifadə etmək olar"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Müxtəlif mütəxəssislərin fikrincə, radon qazı, radioaktiv şüalanma daha çox tektonik qırılma olan ərazilərdə özünü göstərir. Çünki radon qazı yerin təkindən üzə çıxır.

Bu zaman maraqlı bir sual yaranır. Bəs palçıq vulkanları radioaktiv şüalanmaya səbəb ola bilərmi?

© Sputnik / Irade JELILGeoloji xəritə
Vulkanların içində yatan sərvət - əlini uzat, götür - Sputnik Azərbaycan
Geoloji xəritə

AMEA-nın müxbir üzvü, Geoloji Mühitin Radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan ərazisində suxurlar Yura dövrünə aid suxurlardır: "Bu süxurların müxtəlif radioaktivliyi var. Qobustanın daxilinə doğru bəzi vulkanlar var ki, orada Maykop yaşlı süxurlara rast gəlinir. Onların radioaktivliyi nisbətən çox olur".

Mütəxəssis bildirib ki, vulkan məhsullarında insan üçün təhlükəli heç nə yoxdur.

© Sputnik / Irade JELILAMEA-nın müxbir üzvü, Geoloji Mühitin Radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyev
Vulkanların içində yatan sərvət - əlini uzat, götür - Sputnik Azərbaycan
AMEA-nın müxbir üzvü, Geoloji Mühitin Radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyev

"Bizim institut tərəfindən vulkan palçığının təsiri öyrənilib. Həqiqətən də Lökbatanda olan vulkan, Daşgil vulkanlarının məhsullarından istifadə etmək olar. Bəzi vulkanların palçığından qadınlar üçün kosmetik vasitə kimi istifadə etmək olar. Bu, çox faydalıdır", - deyə Çingiz Əliyev vurğulayıb.

Ekspertin fikrincə, tədqiqatlar göstərir ki, vulkan məhsulları həqiqətən insan orqanizmi üçün faydalıdır: "Palçığın tərkibində çox sayda bədənə lazım olan mikroelementlər var. Bu palçıqdan kosmetikada istifadə olunur".

© Sputnik / Irade JELILGeoloji xəritə
Vulkanların içində yatan sərvət - əlini uzat, götür - Sputnik Azərbaycan
Geoloji xəritə

Qeyd edək ki, ölkəmiz Yer kürəsində palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. Planetimizdə məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasında yayılıb və onlardan bəziləri təbiət abidəsi kimi formalaşıb.

Xəbər lenti
0