Bağdadda məşhur qəhvəxananı partlatdılar, yaralılar var

© REUTERS / Khalid al MousilyСотрудники правоохранительных сил Ирака на месте теракта у торгового центра в Багдаде. 10 сентября 2016 года
Сотрудники правоохранительных сил Ирака на месте теракта у торгового центра в Багдаде. 10 сентября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Bağdadda vəziyyət son ay ərzində normallaşmağa başlasa da, hüquq-mühafizə orqanları müntəzəm olaraq şəhərdə naməlum meyitlər aşkarlayırlar

BAKI, 8 fevral — Sputnik. Bağdadın şərqində partlayış olub.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, hadisə zamanı iki nəfər xəsarət alıb.

"Bu gün axşam Bağdadın Əl-Cədid rayonunda populyar olan qəhvəxanada partlayıcı qurğu işə düşüb. İki mülki şəxs müxtəlif dərəcəli xəsarət alıb", - deyə hüquq-muhafizə orqanlarından "Əs-Sumariyə" telekanalına bildiriblər.

Bağdadda vəziyyət son ay ərzində normallaşmağa başlasa da, hüquq-mühafizə orqanları müntəzəm olaraq şəhərdə naməlum meyitlər aşkarlayırlar.

Xəbər lenti
0