CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "sükut günü" başlandı

© Sputnik / Murad OrujovВид на телебашню и Flame Towers в Баку
Вид на телебашню и Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır

BAKI, 8 fevral — Sputnik. Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılması başa çatıb.

Sputnik Azərbaycan xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Seçkiqabağı təşviqatın aparılması 17 yanvar saat 00:00-dan 8 fevral saat 08:00-dək davam edib. Bu dəqiqədən etibarən təşviqat aparmaq qadağandır.

Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.

Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Xəbər lenti
0