CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağac kəsən şəxs cəzalanıb

© pixabay / ID 947051Срубленное дерево и топор, фото из архива
Срубленное дерево и топор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib

BAKI, 8 fevral — Sputnik. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri M.Orucov 124 ünvanında 12 ədəd müxtəlif cinsli ağacın kəsildiyi aşkar edilib.

Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, araşdırma zamanı ağacların sözügedən ərazinin mülkiyyətçisi, İsmayıllı şəhər sakini Nazim Bağıyevin göstərişi ilə kəsildiyi məlum olub. Faktla bağlı tərtib edilən aktda təbiətə 7800 manat məbləğində ziyan dəydiyi qeyd olunub.

Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər İsmayıllı rayon Prokurorluğuna göndərilib.

Xəbər lenti
0