Səudiyyə Ərəbistanı Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və müttəfiq neft istehsalçıları ölkələri ilə qarşıdan gələn OPEC+ siyasi görüşünü martın əvvəlindən fevral ayının əvvəlinə keçirilməsi üçün danışıqlara başlayıb. Bu barədə dörd OPEC+ mənbəsi Ər-Riyadda narahatlıq yaradan neft qiymətlərinin kəskin düşməsindən sonra bildirib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, yaxın vaxtlarda neftin qiymətində korreksiyaedici dəyişikliyi OPEC+ qərarı yarada bilər: “OPEC+ üzvlərinin açıqlamasından sonra neftin qiyməti arta bilər. Son bir neçə həftədir ki, ABŞ-dan verilən açıqlamalar da neftin qiymətinə təsir edə bilmir. Çindən gələn mənfi xəbərlər bazara daha ciddi təsir edir”.
Qeyd edək ki, OPEC neft hasilatının azaldılması ilə bağlı sazişi martdan iyunun əvvəlinə qədər uzatmaq niyyətindədir.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz