CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ata adını dəyişdirənlərin sayı açıqlandı

CC0 / Tobi / boyМужчина, фото из архива
Мужчина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı ümumilikdə 2.689 müraciət daxil olub

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Ötən il ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinə çoxsaylı müraciətlər daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə qeydiyyat orqanlarına adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı ümumilikdə 2.689 müraciət olub.

Verilən məlumatda bildirilir ki, soyad sonluğunun dəyişdirilməsi üçün 2.308 müraciət daxil olub və onların hamısı təmin edilib. Adın, ata adının və soyadın, habelə soyad sonluğunun dəyişdirilməsi vətəndaşların istəyinə və ərizəsinə əsasən qeydə alınıb.

Xəbər lenti
0