Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Qubada ot tayasının alışması böyük fəsadlara səbəb olub.
Hadisə Qubanın Qarxun kəndində baş verib. Sputnik Azərbaycan-ın məlumatına görə, kənd sakini Babaşah Şəfiyevə məxsus ot tayasından başlayan yanğın evlərə keçib. Bunun nəticəsində 5 evi alov bürüyüb.
Əraziyə FHN Şimal regional mərkəzinin əməkdaşları, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev gəlib.
Yanğının qarşısını almaq üçün əraziyə helikopterlər çağırılıb.