SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əməkdar jurnalist öz rəqibindən MSK-ya şikayət etdi

© Photo : REPORTMilli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Ləman Əliəşrəfqızı seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Oğuz Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirak etdiyindən şikayətlənib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasında (MSK) bu gün keçirilən iclas zamanı 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə namizəd, Əməkdar jurnalist Ləman Ələşrəfqızının şikayətinə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, MSK üzvü İlham Məmmədov bildirib ki, Ləman Ələşrəfqızı həmin dairə üzrə namizəd Aqiyə Naxçıvanlıdan şikayət edib.

Məlumata əsasən, Ləman Ələşrəfqızı öz şikayətində qeyd edib ki, Aqiyə Naxçıvanlı bir seçicinin övladının təhsil haqqını ödəməyə köməklik edib. Belə ki, namizəd Ləman Ələşrəfqızı bildirib ki, Aqiyə Naxçıvanlı bir seçicinin övladının 1200 manatlıq təhsil haqqının 600 manatını ödəyib. Həmçinin, L.Ələşrəfqızı bildirib ki, A.Naxçıvanlı xəstəliyi olan başqa bir seçicinin müalicə xərclərini ödəyib.

Bundan əlavə, Ləman Əliəşrəfqızı seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Oğuz Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirak etdiyindən şikayətlənib. Ancaq İlham Məmmədov bildirib ki, aparılan araşdırma zamanı Aqiyə Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqatda qanunsuzluğa yol verdiyi barədə iddialar öz təsdiqini tapmayıb. Buna görə də Ləman Ələşrəfqıznın şikayəti təmin olunmayıb.

Xəbər lenti
0