BAKI, 7 fevral — Sputnik. Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə partlayış olub.
"Report" xəbər verir ki, partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.
Hadisə İlyas Əfəndiyev küçəsi 10 ünvanında baş verib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) "Report"a bildirilib ki, partlayışda xəsarət alan üç nəfər təcili yardım maşınının həkimlərinə təhvil verilib.
Qeyd edilib ki, yanıq xəsarətləri alan şəxslər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının nəzdində fəaliyyət göstərən Yanıq şöbəsinə aparılıb: "Digər yaralılar barədə məlumatımız yoxdur, çünki həkimləri yaxına buraxmırlar".