CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SOCAR əməkdaşlarını dənizdən təxliyə edib

© Sputnik / Stringer / Mediabanka keçidШторм в Черном море
Шторм в Черном море - Sputnik Azərbaycan
Abunə olmaq
Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək. 1000 nəfərə yaxın işçi sahilə təxliyə olunub.

BAKI, 7 fevral — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sinoptiklərin bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar təxliyə tədbirlərinə başlayıb.

Bu barədə Sputnik Azərbaycan-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, 1000 nəfərə yaxın işçi sahilə təxliyə olunub.

O, qeyd edib ki, bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskinləşməsi proqnozlaşdırılır. Dənizdə küləyin sürətinin 35-40 metr saniyəyədək artması gözlənilir. Buna görə dəniz platformalarında, estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.

Xəbər lenti
0