CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik xəbərdarlıq yaydı, “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

© pixabay / PexelsЭлектричество, фото из архива
Электричество, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İstehlakçılara bildirilir ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər, qarşılaşdıqları hansısa problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar

BAKI, 7 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 8-11 fevral 2020-ci ildə təzadlı dəyişəcəyi, 7-dən 8-nə keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında güclü küləyin başlanması ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə başladı. Bunu Sputnik Azərbaycan-a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

O bildirib ki, bunula əlaqədar olaraq “Azərişıq” rəhbərliyi təcili iclas keçirib: “Gücləndirilmiş iş və növbətçilik sistemi təşkil olunub. Toplantıda  güclü küləyin və yağışların olacağı ərazilərə əlavə mal-material və maşın-mexanizmlərin cəlb edilməsi ilə bağlı tapşırıqlar verilib”.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” rəhbərliyinin göstərişinə əsasən regionlarda növbətçilik sistemi yaradılıb: “199 saylı çağrı mərkəzinin əməkdaşlarının sayının artırılmasına qərar verilib. İstehlakçılara müraciət edərək bildiririk ki, havaların küləkli-çovğunlu olduğu vaxtlarda yüksəkgərginlikli hava xətlərinin olduğu yerlərdən keçməsinlər, qarşılaşdıqları hansısa problemlə bağlı 24 saat fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar”.

Xəbər lenti
0