Ekspert AŞPA haqqında: Azərbaycanın bu təşkilatı tərk edə bilər

© Photo : TRENDПолитический эксперт Айдын Гулиев
Политический эксперт Айдын Гулиев - Sputnik Azərbaycan
Abunə olmaq
Siyasi ekspert Aydın Quliyev deyir ki, ikilistandartlar və qərəzli yanaşma AŞPA-nın nüfuzunu və mövqeyini sarsıdır
Aydın Quliyev: “Azərbaycan əleyhinə çalışan qüvvələr yanlış mövqelərindən uzaqlaşmırlar”

“Azərbaycanla bağlı qəbul edilmiş son qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və bu qətnamənin bizim üçün dəyəri bir kağız parçasından artıq deyil. Orada səslənən uydurma ittihamların heç birini biz qəbul etmirik və onların heç bir dırnaqarası tələbini icra etməyəcəyik”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Siyasi ekspert Aydın Quliyev Sputnik Azərbaycan-a deyir ki, artıq neçənci dəfədir AŞPA-nın Azərbaycan haqqında qəbul etdiyi qətnamələr ölkəmizdə etiraz reaksiyası doğurur: “Ənənəvi olaraq Azərbaycan əleyhinə çalışan qüvvələr yanlış mövqelərindən uzaqlaşmırlar. İkilistandartlar və qərəzli yanaşma AŞPA-nın nüfuzunu və mövqeyini sarsıdır. Belə münasibət davam edərsə, Azərbaycanın AŞPA-nı tərk etməsi reallaşa bilər. Ölkəmizin bu təşkilatdan çıxması beynəlxalq mövqeyimizə hər hansı təsir göstərməyəcək”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0