BAKI, 7 fevral - Sputnik. Metronun "Nərimanov" stansiyasında bir nəfər özünü qatarın altına atıb.
"Bakı Metropoliteni"ndən Sputnik Azərbaycan-a verilən xəbərə görə, maşinist cəld tərpənərək qatarı saxlaya bilib.
Dərhal gərginlik xətdən ayrılıb.
Özünü qatarın altına atan 32 yaşlı gənc yüngül xəsarət alıb.
APA xəbər verir ki, həmin şəxs 1988-ci il təvəllüdlü Şükürov Tural Sahib oğludur. O, 1 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.
Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.
Hazırda polis gəncin özünü qatarın altına atması səbəbini aydınlaşdırır.
"Bakı Metropoliteni"ndən o da bildirilib ki, qatarların hərəkətində hər hansı bir texniki problemin yaranması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.