Kəmalə Əliyeva, Sputnik Azərbaycan
BAKI, 7 fevral — Sputnik. Azərbaycanın məşhur müğənnisi Rəqsanə İsmayılova qızı Aysun İsmayılovaya dəstək məqsədilə yeni layihəyə imza atıb. Sputnik Azərbaycan-ın məlumatına görə, o, qızı ilə birlikdə "Balam" duet kompozisiyasını yazdırıb.
İsmayılova qızına səhnədə ilk addımlarını atmaq üçün həm maddi, həm də mənəvi dəstək olub. Hazırda Rəqsanə qızı ilə birlikdə bir neçə musiqi layihəsinə imza atmağa hazırlaşır.
Посмотреть эту публикацию в Instagram
"Hazırda bizim klipimizin çəkilişləri gedir. Yaxın zamanlarda beş duet mahnımız və bir çarx çıxacaq. Planlarımız çoxdur. Aysun çox istedadlıdır. Buna görə də bir ana kimi ona kömək etməli və dəstək verməliyəm. Onun çox böyük gələcəyi var", - deyə İsmayılova bildirib.
Посмотреть эту публикацию в Instagram
Rəqsanə İsmayılova iyirmi ilə yaxındır müğənnilik edir. Hazırda əsasən Moskva və Türkiyədə yaşayır, toylarda və bir sıra tədbirlərdə çıxış edir.
Aysun İsmayılova Türkiyədə dizaynerlik üzrə təhsil alır. Bununla yanaşı o, Azərbaycan və türk aktyorların birgə iştirak etdiyi filmdə çəkilib. İndi o, müğənni olaraq anasının yolu ilə getmək qərarına gəlib. Aysun Azərbaycanda qısa müddətdə populyarlaşıb və hazırda Moskvada şöhrət qazanmağa çalışır.