BAKI, 6 fevral — Sputnik. Bakıda yaşayış kompleksində baş verən yanğında zəhərlənən və xəsarət alanlarla bağlı məlumat yayıb.
Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir ki, "Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın nəticəsində 1 nəfər qadın sakin sifətin və yuxarı ətrafların 1-2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə, xəsarət alan 4 FHN işçisindən 2-si Yanıq Mərkəzinə, 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub. Xəsarət alanların vəziyyəti yaxşıdır, hal-hazırda ambulator yardım göstərilir.