Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 6 fevral - Sputnik. “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını gücləndirmək istəyirik”.
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasından sonra jurnalistlərə açıqlamasında Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, bu gün bu istiqamətdə müzakirələr aparılıb: “Nyu-Yorkda BMT Baş Assambleyasında da Xarici İşlər nazirləri səviyyəsində görüş keçiriləcək. Türkiyədə Şuranın 8-ci görüşü ərəfəsində də təkliflərimizi dövlət başçılarımıza təqdim edəcəyik. Bakıda keçirilən bu görüş çox uğurlu alındı. Bu görüşdən sonra Şuraya diqqətin artdığını görürük. Bizdən sonra Şurada müşahidəçi statusu, ortaqlıq statusu istəyən dövlətlərlə bağlı da müzakirə apardıq. Ona görə də bu görüş son dərəcə faydalıdır. Görüşün təşkili ilə bağlı Prezident İlham Əliyevə və Xarici İşlər naziri Elmar Məmmədyarova təşəkkür edirik”.