CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məhkəmə sisteminə böyük yenilik gəlir - İndi sizə "barışıq aşı" yedirəcəklər

© pixabay / Daniel_B_photosМолоток судьи, фото из архива
Молоток судьи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"1 iyul 2020-ci ildən başlayaraq, fiziki və hüquqi şəxslər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etdikdə onlardan mediasiya sessiyasında iştirak edib-etməmələri aydınlaşdırılacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Mediasiya, mübahisələrin, konfliktlərin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc və zaman sərf etməklə, aralarındakı mübahisələrini istədikləri zaman və daha asan formada həll edə bilərlər. Mediator peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş fiziki şəxsdir.

Boşanma - Sputnik Azərbaycan
CƏMİYYƏT
Onu görənlərin 36 faizi boşanmaqdan vaz keçib

"Mediasiya haqqında" qanun 29 mart 2019-cu ildə qəbul edilib. Qanunun 39-cu madəsinə görə, 3.2-ci, 28-ci və 29-cu maddələr, yəni iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməli olması barədə müddəalar 1 iyul 2020-ci ildə qüvvəyə minəcək.

Hüquqşünas Azər Nağıyev mediasiyanın hansı işlərə tətbiq olunduğunu, bunun effektivliyini, mediatorun kim olduğunu və vəkillə onun fərqini Sputnik Azərbaycan-a şərh edib.

O bildirib ki, "Mediasiya haqqında" qanunun 3.1-ci maddəsinə görə, mediasiya aşağıdakı sahələr üzrə tətbiq edilir: "mülki işlər və iqtisadi mübahisələr (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati-hüquq münasibətlərindən irəli gələn mübahisələr".

"1 iyul 2020-ci ildən başlayaraq, fiziki və hüquqi şəxslər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etdikdə onlardan mediasiya sessiyasında iştirak edib-etməmələri aydınlaşdırılacaq. Əgər tərəflər mediasiya sessiyasında iştirak etməyiblərsə, məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya prosesində iştirak etmək tövsiyə ediləcək" - deyə hüquqşünas diqqətə çatdırıb.

Nağıyevin sözlərinə görə, qeyd edilən mübahisələr üzrə yalnız mediasiya prosesini keçmiş mübahisələrə və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq: "Tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma barışıq sazişi adlanır və hüquqi sənəd sayılır".

"Mediasiya haqqında" qanunun 10.1-ci maddəsinə əsasən, mediator olmaq istəyən fiziki şəxs aşağıdakı tələblərə cavab verməlidir: ali təhsilə malik olmalıdır; 25 yaşı tamam olmalıdır; ən azı 3 illik iş stajına malik olmalıdır; mediatorların ilkin hazırlığı üzrə təlimi bitirərək qanunda nəzərdə tutulmuş sertifikatı əldə etməlidir".

"Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun 8.1.-ci maddəsinə əsasən, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Kollegiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər", - Nağıyev qeyd edib.

Hüquqşünas deyib ki, əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər: "Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. Vəkil ilə mediator arasındakı əsas fərq, mediatorun neytrallığıdır. Mediator heç bir tərəfi təmsil etmir. Vəkil isə, hüquqi yardım üçün ona müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisi olmaq, onların mənafelərini təhqiqat, istintaq, məhkəmə, digər dövlət orqanlarında, təşkilatlarında, qeyri-dövlət təşkilatlarında, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda, habelə mediasiya prosesində təmsil etmək hüququna malikdir".

Новобрачные, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Üç manat pul, bir kəllə qənd... - qadınlarımızı daha çox bəyəniblər

A.Nağıyev əlavə edib ki, "Mediasiya haqqında" qanuna görə, mediatorun əmək haqqı alması, onun nə qədər olması barədə müddəa yoxdur: "Buna görə də hesab edilir ki, bu xidmət pulludur, onun məbləği isə, mediatorla tərəflər arasında tərəflərin qarşılıqlı razılığı ilə bağlanan "mediasiya prosesinin tətbiqi barədə müqavilə" əsasında müəyyən ediləcək. Hazırda dünyada demək olar ki, bütün sahələr üzrə mediasiya prosesi tətbiq olunsa da, bizim mediasiya haqqında qanuna görə, hələlik mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunacaq".

O bildirib ki, mediasiya dünya təcrübəsində sınaqdan keçmiş və uğurla tətbiq olunan metoddur: "Mediasiyanın başlıca prinsiplərindən sayılan tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı prinsipini rəhbər tutmaqla hər iki tərəf üçün sərfəli olacaq təklif üzrə barışığın əldə olunmasından ibarət olacağı müəyyən edilir. Mediatorlar mediasiya sessiyalarda əldə edilən məlumatlar əsasında tərəflərə aralarındakı mübahisəyə fərqli prizmadan yanaşmağa kömək etmək, tərəflər arasındakı ortaq maraqların müəyyən edilməsində vasitəçilik etmək və problemdən mümkün çıxış yolları təklif etmək üçün çalışmalıdırlar. Çünki, məhz mediasiya sessiyaları vasitəsilə tərəflər öz mübahisələrini sülh yolu ilə həll edərək, öz aralarındakı şəxsi və ya peşəkar münasibətləri qoruya və davam etdirə bilərlər. Bu isə, münasibətlərin məhkəmə müstəvisinə çıxarılıb daha da korlanmasının qarşısını almağa, nəticədə tərəflər arasında yarana biləcək gərginlik və narahatlıqların aradan qalxmasında xidmət edəcək".

"Mediasiyanın tətbiqi ilə bağlı effektiv olması üçün ilk növbədə mediator qismində çıxış edəcək şəxslərin mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə qanunvericiliyini və psixoloji prosedurları mükəmməl bilməsinə zərurət var" - hüquqşünas vurğulayıb.

Burada nə həyat hekayələri varmış: Qocalı-cavanlı hər kəsin sığındığı yer>>

Qeyd edək ki, "Mediasiya prosesinin həyata keçirilməsi" Qaydası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarı ilə təsdiq edilib. Bu Qayda "Mediasiya haqqında" qanunun 24-cü maddəsinə uyğun olaraq hazırlanıb və mediasiya prosesinin həyata keçirilməsi qaydalarını müəyyən edir. Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq, tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinədək uzadıla bilər. "Mediasiya haqqında" qanunun 3.2-ci maddəsinə görə, iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Xəbər lenti
0