CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Röya və Miri Yusif bir-birilərinə "Sevgilim" dedilər - VİDEO

© © Courtesy of Roya AykhanНародные артисты Азербайджана Ройа Айхан и Мири Юсиф
Народные артисты Азербайджана Ройа Айхан и Мири Юсиф  - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artistləri Röya Ayxan və Miri Yusif bu dəfə birlikdə "Sevgilim" adlı mahnı ifa ediblər və onun klipini çəkmək üçün paytaxtdan uzaqlaşıblar

BAKI, 6 fevral — Sputnik. Xalq artistləri Röya Ayxan və Miri Yusif növbəti duet kompozisiyasını təqdim ediblər. Sputnik Azərbaycan-ın məlumatına görə, onlar bu dəfə "Sevgilim" adlı mahnı ifa ediblər və onun klipini çəkdiriblər. Sözügedən mahnının müəllifi Jey Hun, aranjmançısı isə Xalis Xandır.

Klipi isə Röyanın son zamanlar sıx-sıx müraciət etdiyi rejissor Fərhad Əli çəkib. Buradakı kadrların çəkilişləri Qəbələnin Laza kəndində aparılıb. Layihənin baş prodüserləri Vüsal Rzazadə və Emin Əfəndi, icraçı prodüseri Cavid Əhmədovdur. Klip artıq Röyanın "Youtube" kanalındakı rəsmi səhifəsində yerləşdirilib.

Buna qədər Röya və Miri Yusif birgə "Yaxşı ki, varsan" və "Səndən bir dənədir" duet kompozisiyalarını ifa ediblər.

Röya Ayxan bəstəkar Vaqif Gərayzadənin qurduğu "W-trio" qrupunun keçmiş solistidir. O, dəfələrlə "İlin ifaçısı", "İlin konserti" və bir çox digər mükafatların laureatı olub.

Miri Yusif "Dəyirman" qrupunun sabiq solistidir. Uzun müddət Amerikada yaşayıb. Geri qayıdandan sonra solo karyeraya başlayıb və bu, ona layiq olduğu uğuru qazandırıb.

Xəbər lenti
0